Gevork Qorqisyan: "Ordudakı xaos nə qədər davam edəcək?" İTTİHAM

Gevork Qorqisyan: "Ordudakı xaos nə qədər davam edəcək?" İTTİHAM

“Ordudakı xaos hələ nə qədər uzun müddət davam edəcək? Siz nə ilə məşğulsunuz cənab nazir?”. SİA yerevan today-a istinadən xəbər verir ki, ötən gün Ermənistan parlamentində keçirilən hökumət saatında “Maarifçi Ermənistan” partiyasının deputatı Gevork Qorqisyan müdafiə nazirinə bu sualları ünvanlayıb və silahlı qüvvələrdəki ağır, böhranlı vəziyyətin ağır nəticələrinə görə hesabat verməyi tələb edib.

“Ön cəbhədəki şərait lazımi qaydada təmin olunmayıb, növbənin aparılması şəraitindən isə ümumiyyətlə danışmağa dəyməz”, deyən deputat xidmət aparan hərbçilərin də özbaşına davrandıqlarını bildirib: “Hərbi xidmət aparanlar mövqelərdən canlı efirlərə çıxırlar. Əsgərlər qasırğa zamanı itirlər. İnsanlara əməkhaqqı verilmir. Ordudakı xaos hələ nə qədər uzun müddət davam edəcək? Siz nə ilə məşğulsunuz ki, orduda belə situasiya yaranıb cənab nazir?”.

Maraqlıdır ki, Qorqisyanın sualları cavabsız qalıb və parlamentin vitse-spikeri Alen Simonyan deputatdan sualını yazılı şəkildə ünvanlanmasını istəyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə