Əsrarəngiz və qədim Tuğ kəndi: yarım qalan erməni saxtakarlığı FOTOLAR

Əsrarəngiz və qədim Tuğ kəndi: yarım qalan erməni saxtakarlığı FOTOLAR

Xocavənd rayonunun erməni işğalından azad olunmuş Tuğ kəndi öz əsrarəngiz təbiət gözəlliyi və tarixi milli memarlıq abidələri ilə daim seçilənlərdən olub. Belə ki, Tuğ kəndi eyni zamanda, ən qədim kəndlərdən biridir. Bu kənddə mövcud olan məbədlər də qədimdən gələn tarixi öz gerçəkliyi ilə nümayiş edir.

Qeyd edək ki, işğal altında qaldığı müddətdə Tuğ kəndi erməni vəhşiliyinin və vandallığının qurbanı olub. Hətta orada fəaliyyət göstərmiş Azərbaycan məktəbi təməlli şəkildə dağıdılıb.

Digər tərəfdən, qədim Alban kilsələrinin erməniləşdirilməsi və saxtalaşdırılması siyasəti də öz kirli təsirlərini göstərib. Daşlar üzərində sonradan yazılmış erməni dilindəki yazılar da bunu sübut edir.

Yalnız Vətən müharibəsində qalib Azərbaycan əsgərinin şücaəti hesabına ermənilər digər ərazilərimizdə olduğu kimi, Tuğ kəndində də öz saxtakarlıq tarixlərini davam etdirməyə macal tapa bilməyiblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə