YAP Masallı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailələrini mütəmadi şəkildə ziyarət edirlər. Rayonun Ərkivan, Mahmudavar, Qarğalıq, Viləş, Hişkədərə kəndləri və Masallı şəhərində keçirilən görüşlərdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, ərazi ilk partiya təşkilat sədrləri, Gənclər Birliyi və YAP fəalları iştirak ediblər.
Görüş zamanı Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin ailə üzvlərinə yüksək hörmət və ehtiram ifadə olunub. Vurğulanıb ki, Azərbaycan xalqı qəhrəman övladlarının əziz xatirəsini əbədi yaşadacaq. Qəhrəman şəhidlərimizin valideynləri və ailə üzvləri dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür ediblər, Vətənin adını ucaldan və xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildiriblər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB