"Prezident onların cavablarını yerində verdi” BAŞ REDAKTOR MÜNASİBƏT BİLDİRDİ

“26 fevral Xocalı soyqrımın növbəti ildönümündə cənab Prezident İlham Əliyevin yerli və xarici jurnalistlər üçün təşkil etdiyi 4saatlıq mətbuat konfransı dünya mediasında sanki senssasiya doğurdu”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər”qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Aydın Quliyev bildirib ki, cənab Prezidentin təşkil etmiş olduğu mətbuat konfransına videoformatda və ya canlı olmasından aslı olmayaraq beynəlxalq mediada çox böyük diqqət olacaq: “44 günlük müharibə bölgədə yeni reallıqlar yaradır və hətta qlobal geosiyasətdə artıq müəyyən yeniliklərin əlamətləri görsənməkdədir. Mətbuat konfransında Azərbaycan Prezidentinin bir çox dünya liderlərindən fərqli şəxsi keyfiyyətləri nümayiş etdirməsi bu hadisəyə beynəlxalq medianın diqqətini artıran motivlər idi. Ölkə başçısının bir neçə dildə 4 saat ərzində yorulmadan sualları cavablandırması,təmkinli olması, soyuqqanlı davranması həqiqətən də möhtəşəm idi. Hətta bir neçə məqamlarda təmkini saxlamaq doğurdan da böyük fədakarlıq idi.

Baş redaktorun sözlərinə görə, müharibədən sonra dünyada maraq o idi ki, Azərbaycan hansı siyasəti yürüdəcək? Müharibə günlərində Azərbaycanın rastlaşdığı reallıqlara münasibəti necə olacaq? Azərbaycanı faktiki olaraq müharibə meydanlarında dünya tək qoydu. Halbuki Azərbaycan haqlı tərəf idi. Ölkə hansı iradəni nümayiş etdirəcək? və s. bu kimi suallar xarici media nümayəndələri üçün maraqlı idi: “Müxtəlif motivlər altında mətbuat konfransına marağın böyük olacağı əvvəlcədən gözlənilirdi və bu istiqamətdə proqnozlar özünü doğrultdu. Ümumiyyətlə 44 günlük müharibə dönəmində cənab Prezidentdən götürülən müsahibələrdə jurnalistlərin davranışında tendensiyalarına uyğun olaraq ambisiyozluq var idi. Həm də bu, sonuncu videokonfransda özünü bir daha göstərdi amma müharibə dövründə qərəzlilik daha kəskin hal almışdı. Çünki Prezident onların cavablarını yerində verdi”.

A.Quliyev onu da əlavə edib ki, Azərbaycan qalib ölkədir, ona görə də qərəzli təxribat xarakterli sualların azalması gözlənilən hal idi: “Konfransda cəmi bir nəfər jurnalistdə qərəzli davranış özünü göstərdi. Düşünürəm ki, İran dövləti öz jurnalistinin Azərbaycan Prezidentinə niyə qərəzli sual ünvanladığını ortaya çıxaracaq. Çünki bu suala dəfələrlə cavab verilib ki, Azərbaycan ordusunun sıralarında heç bir zaman muzdlu döyüşçülər olmayıb”.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə