Korotçenko fevralın 20-də baş verə biləcək sui-qəsddən danışdı Antipaşinyan hərəkatı

Korotçenko fevralın 20-də baş verə biləcək sui-qəsddən danışdı Antipaşinyan hərəkatı

Politoloq: “Dövlət çevrilişini həyata keçirmək istəyənlərin ssenarilərindən biri Paşinyana Nikolaye Çauşeskunun dərhal, yerindəcə edam olunması yolu ilə üzləşdiyi taleyini yaşatmaq cəhdidir”

Rusiyalı politoloq və hərbi ekseprt, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko fevralın 20-də Ermənistanda keçirilməsi nəzərdə tutulan və baş nazir Nikol Paşinyanın istefasını tələb edən kütləvi aksiyanın məqsəd və məramlarını əks etdirən maraqlı detalları proqnozlaşdırıb. SİA xəbər verir ki, Korotçenkonun sözlərinə görə, fevralın 20-də İrəvanda planlaşdırılan böyük miqyaslı aksiyalar dövlət çevrilişinə cəhddir.

“Xərclər 30 millyon dollar dəyərindədir və onun bir hissəsi, məhz xaricdəki erməni diasporları, həmçinin erməni mənşəli oliqarxların ayırdıqları vəsaitlərdir”

“Hədəf və qarşıya qoyulan məqsəd Ermənistanın baş naziri Nikol Paşinyanın güc yolu ilə hakimiyyətdən uzaqlaşdırılmasıdır. Ekspert qiymətləndirilməsinə görə, göstərilən tədbirlər üçün nəzərdə tutulan xərclər 30 millyon dollar dəyərindədir və onun bir hissəsi məhz xaricdəki erməni diasporları, həmçinin erməni mənşəli oliqarxların ayırdıqları vəsaitlərdir”, deyə qeyd edən Korotçenko əlavə edib ki, dövlət çevrilişini həyata keçirmək istəyənlərin ssenarilərindən biri Paşinyana Nikolaye Çauşeskunun dərhal, yerindəcə edam olunması yolu ilə üzləşdiyi taleyini yaşatmaq cəhdidir.

Rusiyalı politoloq bildirib ki, fevralın 20-də İrəvan küçələrinə çoxsaylı kütlələri çıxarmaq məqsədi ilə xaricdən ölkəyə teleqramer və bloqerlər qrupu daxil olub və onlar sui-qəsd planının icraçıları sırasında yer alan erməni mediamaqnatları tərəfindən idarə olunurlar.

“Kreml Nikol Paşinyanı Ermənistanın legitim rəhbəri olaraq görür”

“Antipaşinyan sui-qəsdində uğurun, ya da uğursuzluğun kritik asılılığı fevralın 20-də ordunun və Milli Təhlükəsizlik Xidmətinin hansı mövqedə dayanacaqları ilə bağlıdır”, deyə bildirən Korotçenko daha dəqiq vurğulayaraq ordu və MTX rəhbərliklərinin hazırkı baş nazirə loyal (və ya qeyri-loyal) münasibətlərindən də çox şeyin asılı olduğunu deyib.

Korotçenko Rusiyanın da mövqeyinə toxunub və bildirib ki, Kreml Nikol Paşinyanı Ermənistanın legitim rəhbəri olaraq görür və mümkün fors-major vəziyyətində o (Paşinyan) konstitusiya və qanunun verdiyi imkanlardan istifadə edərək, sabitliyi təmin edə bilər.

Xatırladaq ki, Vazgen Manukyanın lideri olduğu və 20-yə yaxın siyasi partiyanın bir araya gəldiyi "Vətənin xilası naminə hərəkat" fevralın 20-də İrəvanda kütləvi aksiyaların başladılması və aksiyaların bütün ölkəni əhatə edəcəyi ilə bağlı bəyanat verib. Məqsəd, baş nazir Nikol Paşinyanı güc yolu ilə iqtidardan uzaqlaşdırmaq və ölkədə növbədənkənar parlament seçkiləri keçirməkdən ibarətdir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə