Qarşıdurma və əməkdaşlıq barədə Rusiyaya mesaj verildi NATO tərəfindən

Qarşıdurma və əməkdaşlıq barədə Rusiyaya mesaj verildi NATO tərəfindən

NATO Rusiya ilə əməkdaşlığa və qarşıdurmaya hazır olduğunu açıqlayıb. NATO Baş katibi Yens Stoltenberq, ittifaqın Rusiya ilə münasibətlər üçün fərqli variantları nəzərdən keçirdiyini söyləyib. SİA xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.
"Əgər onlar toqquşmalar istəyirlərsə, biz hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, sevinəcəyik", deyə NATO-nun Baş katibi bildirib.
Alyansın rəhbəri silahlanma yarışının yenidən başlama riski üzündən Moskva ilə münasibətlərin davam etdirilməsinin vacibliyini qeyd edib. Buna baxmayaraq, Stoltenberg hesab edir ki, Moskva ilə dialoq qüvvə və möhkəmlik mövqeyindən aparılmalıdır.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova, NATO-nun həm sanksiya mexanizmlərindən, həm də siyasi təxribatlardan istifadə edərək, ölkənin daxili işlərinə açıq şəkildə siyasi və iqtisadi məhdudlaşdırma məqsədi ilə müdaxilə etdiyini söyləmişdi. Qeyd edək ki, son zamanlar Rusiya ilə Qərbin, eləcə də NATO-nun münasibətlərində soyuqluq əmələ gəlib. Ümumiyyətlə, son zamanlar Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fikirlər də gündəmi zəbt edib və bunun Rusiya tərəfində qıcıq doğurduğu da özünü büruzə verir. Heç şübhəsiz ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarovanın və eləcə də bu ölkənin XİN rəhbəri Sergey Lavrovun bu sanksiyalar əleyhinə söylədikləri təsadüfi deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə