"Qanun dinlə siyasətin ayrıldığını təsdiqləyir" Fransua de Ruji

"Qanun dinlə siyasətin ayrıldığını təsdiqləyir" Fransua de Ruji

"Mən həmişə dünyəviliyin tərəfdarı olmuşam, amma bu gün belə deyil". SİA Fransaya məxsus "Le Figaro"-ya istinadən xəbər verir ki, bu sözləri keçmiş nazir, "respublika prinsiplərinə hörmətin" gücləndirilməsini hədəfləyən bir qanun layihəsi üzrə hazırlıq komissiyasına rəhbərlik edən Fransua de Ruji bazar ertəsi "Talk Le Figaro"-nun efirində deyib.
"Bu gün sosialistlər artıq dünyəviliyi müdafiə etmir" deyən Ruji köhnə dostlarına da istinad edir.
"Balans hissini qoruya bilməlisən. Mətnimiz tam olaraq budur", deyə Fransua de Ruji bildirib.
"Bu, təhqiramizdir", deyən Ruji "İslamçılığa qarşı mübarizə qanunu" adını verməyi təklif edən sağçı qrup üçün bunun ağlasığmaz bir şey olduğunu da etiraf edib. O, qeyd edib ki, Fransanın dünyəvilik anlayışı İslamın ən radikal formasına belə meydan oxuyur.
Bənzətmə olaraq keçmiş nazir, 1905-ci ildə kilsələrin dövlətdən ayrılması haqqında qanunun o dövrdə Fransada özünə yer tapmaq istəyən Cümhuriyyət ilə Katolik Kilsəsi arasında böyük bir toqquşmaya səbəb olduğunu da xatırladıb, Katolikliyə qarşı bir qanun olmadığını iddia edib, bildirib ki, Katoliklik sözü 1905-ci il qanununda yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə