Zərifin region dövlətlərinə səfərlərinin arxasında nə dayanır? - ŞƏRH ÖZƏL
"Regiondakı hadisələr onu göstərir ki, postmünaqişə dövründə daha fəal oyunçular Türkiyə, Azərbaycan, Rusiyadır. Bir qədər də Ermənistan da münaqişə tərəfi kimi bu məsələlərdə rol alıb. Belə olan halda İran da əlbəttə ki, region dövləti olaraq fəallıq göstərmək istəyir". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ekspert bildirib ki, İran hər iki keçmiş münaqişə ölkələrinin qonşusudur və regionda maraqlarının olduğunu heç vaxt gizlətməyib: "Maraqlar da ondan ibarətdir ki, buradakı proseslər İranın nəzarətində olmasa belə, iştirakı ilə getsin. Amma İranın oyundankənar vəziyyətdə olduğu görünür".
İ.Vəlizadənin sözlərinə görə, regionda həyata keçirilən əsas layihələr İrandan bir qədər yan keçir: "İran istəyir ki, bu layihələrdə müəyyən dərəcədə iştirak eləsin. Yeni reallıqdan bəhrələnməklə öz maraqlarını təmin etmək istəyir. Ona görə də regionda hər bir ölkə ilə təkbətək danışıqlar gedir. Bunlar hər biri onu göstərir ki, ölkələrlə ikili görüşlər formatında İran öz gündəliyini yürütmək niyyətindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB