“National Geographic”dan Ağdamın dağıntılarını əks etdirən paylaşım FOTO
Dünya ölkələri və coğrafiyası ilə bağlı məlumatlar verən nüfuzlu “National Geographic” dərgisi Qarabağın işğaldan azad edilməsi ilə bağlı instaqram səhifəsində paylaşım edib. SİA xəbər verir ki, sözügedən paylaşımında bir vaxtlar 40 min əhalinin yaşadığı, bu yaxınlarda azad edilmiş Ağdam şəhərinin təxminən 30 il Ermənistanın işğalı altında qalması nəticəsində dağıntılar içində olduğu bildirilir. Qeyd edilir ki, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ağdam işğal olunduqdan sonra şəhərdə məsciddən başqa bütün tikililər dağıdılıb. Uzun sürən münaqişə bir milyondan çox insanın köçkün düşməsinə səbəb olub.
Paylaşımda o da diqqətə çatdırılır ki, ötən ilin sentyabr ayında başlayan hərbi əməliyyatlar 44 gün davam etdi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşması ilə başa çatdı. Azərbaycan 1990-cı illərdə itirdiyi əraziləri geri qaytardı.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB