"Gənclik cəmiyyətin aparıcı qüvvəsidir"

Kənan İslamov

YAP Saatlı rayon təşkilatının məsul işçisi

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Bəli, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir.

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daima axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclər Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi və onun siyasətinin davamçılarıdırlar. Prezident İlham Əliyevin Azərbaycan Gəncləri gününə həsr olunmuş Respublika toplantısında gənclər haqqında dediyi bu mülahizələr, həqiqətən, çox qürurvericidir. “Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Azərbaycanın bu günkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir.

Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlmişdir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırmışdılar. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər.

Son illər ərzində gənclərin ictimai fəallığı daha da yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır. Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır. Bu gün iftixar və qürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın bir çox ölkələrindən gəlir. Azərbaycan gəncləri yeni ixtiraları ilə dünyaya səs salır, olimpiadalarda, beynəlxalq yarışlarda qızıl medallara sahib çıxaraq bayrağımızı ən yüksək zirvələrdə dalğalandırır, öz torpaqlarımızın azadlığı uğrundakı qəhrəmanlıqları ilə yeni tarix yazırlar. Öz igidlikləri, şücaətləri sayəsində üçrəngli bayrağımızı Qarabağda azad etdikləri torpaqlarımızda dalğalandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...