ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu yeni ofisə köçüb

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu yeni ofisə köçüb

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu yeni və daha böyük ofisə köçdü. Əvvəlki ofisdən üç dəfə daha böyük olan yeni ofis Ceymstaun Fondunun qonşuluğunda, Ağ Evin isə yaxınlığında yerləşir. Yeni ofis Qarabağ Fonduna daha artıq əməkdaşların və könüllülərin cəlb olunmasına, konfrans və seminarların keçirilməsinə imkan yaradacaq.

Fondun yeni ofisi aşağıdakı ünvanda yerləşir: 1128 16th St NW, Washington DC

Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.


Bütün xəbərlər Facebook səhifəmizdə