Koçaryan öz tərəfdarlarına yaxınlaşdı və...

Ermənistanın eks-prezidenti Robert Koçaryan, öz tərəfdarlarına yaxınlaşıb və ona dəstək verdiklərinə görə təşəkkürünü bildirib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan "1 mart" işi üzrə məhkəmə prosesi keçirildiyi birinci instansiya məhkəməsinin Şenqavist iqamətgahından çıxıb və İrəvanda güclü qar yağmasına baxmayaraq, onu dəstəkləməyə gələn vətəndaşlara yaxınlaşıb.
“Gəldiyiniz üçün təşəkkür edirəm, dəstəyiniz üçün minnətdaram. Sizinlə olmuşam hər zaman, indi də varam və gələcəkdə də olacağam. İndi iclas təxirə salındı, ona görə xahiş edirəm, burada bu qarda qalmayın, evə gedin. Bir daha təşəkkür edirəm və diqqətiniz, sadəcə, mənim üçün çox təsirli oldu”, deyə Koçaryan minnətdarlığını gizlətməyib.
Qeyd edək ki, tərcüməçi olmadığı üçün iclas bir saat təxirə salınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə