Macarıstan hökuməti Qarabağda bərpa işlərində fəal iştirak etmək niyyətindədir - Macarıstan portalı

Macarıstanın 24.hu portalında dərc edilən məlumatda bildirilir ki, Macarıstan hökuməti Azərbaycanın Qarabağ bölgəsində bərpa işlərində fəal iştirak etmək niyyətindədir.

SİA xəbər verir ki, portal xarici işlər və ticarət naziri Peter Siyartonun Macarıstanın Azərbaycan hökumətinin tenderlərinin qalibi qismində bölgədə bərpa işlərində iştirak edəcək ilk ölkələr arasında olmaq arzusunu ifadə edən bəyanatına istinad edir.

Məlumatda, həmçinin Azərbaycanın Macarıstan üçün ölkənin təbii qazla təminatında və onun enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əsas tərəfdaş olduğunu xatırladılır.

Bundan başqa, qeyd edilir ki, müharibənin başa çatması ilə müxtəlif ölkələrin, o cümlədən Macarıstanın iştirakı ilə iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə