Ermənistan MTX rəhbəri Moskvadadır RİA Novosti

Ermənistan MTX rəhbəri Moskvadadır RİA Novosti

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Moskvaya gedib. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu barədə çərşənbə axşamı RİA Novosti-yə sözügedən departamentin mətbuat mərkəzinin nümayəndəsi bildirib.

"Milli Təhlükəsizlik Xidmətinin direktoru Moskvaya yola düşdü", deyə bildirən agentlik qeyd edir ki, səfərin gündəliyi hələ dəqiqləşdirməyib.

Xatırladılır ki, Abazyan artıq dekabrın əvvəlində Rusiya paytaxtını ziyarət etmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə