İrəvanda itaətsizlik aksiyalarının iştirakçıları metronun işini iflic ediblər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Metropolitenin Facebook səhifəsində informasiya paylaşılıb.
İnformasiyaya görə, cümə günündən başlayan vətəndaş itaətsizliyi aksiyaları fonunda, bu gün saat 09: 08-də İrəvan Metrosunun Dəmirçyan stansiyasının işi iflic olub.
“Metro stansiyalarında vətəndaşlar itaətsizlik aksiyası keçirir, trafiki iflic edir. Normal rejimə keçid zamanı əlavə məlumatlar veriləcək”, deyə bildirilir.
Xatırladaq ki, son həftələrdə İrəvanda 17 müxalifət partiyasının, habelə mədəniyyət xadimlərinin və ziyalı təbəqəsinin təşkil etdiyi etirazlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir. Qeyd edək ki, Nikol Paşinyan tərəfindən 9 noyabrda Rusiya və Azərbaycan liderləri ilə Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə Azərbaycanın xeyrinə və məğlubiyyətini təsdiqləyən bəyanat imzalaması siyasətçiləri və sıravi vətəndaşları qəzəbləndirib.
Onu da diqqətə çatdıraq ki, müxalifət partiyaları tanınmış dövlət xadimi Vazgen Manukyanı müvəqqəti baş nazir kimi təklif edərək hökumət başçısının istefasına və gələcəkdə erkən parlament seçkilərinin keçirilməsinə israr edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB