“Övladlarımızı ölümə apardınız” - İtkin hərbçi valideynləri

“Övladlarımızı ölümə apardınız” - İtkin hərbçi valideynləri

İtkin düşmüş hərbçilərin valideynləri Eçmiadzin hərbi hissəsinin qarşısında etiraz aksiyası keçirirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu hərbi hissənin 34 hərbçisi itkin düşüb.

Məlumatda bildirilir ki, valideynlər hərbi hissə komandirinin onlara qoşulmasını və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Andranik Makaryanla görüş təşkil etməsini tələb edirlər. "Mən hərbçiyəm, indi formanı çıxara bilmirəm və xidmətdən ayrılıb sizinlə gedəcəyimi də söyləyə bilərəm", deyə komandir Arsen Abqaryan valideynlərə razılıq verməyib.

"Çiyinlərinizdə daşıdığınız paqonları qorumaq üçün övladlarımızı ölümə göndərdiniz", deyə itkin düşmüş hərbçilərin valideynlərindən biri komandirə cavab verib.

Komandir isə buna etiraz edib. O, Müdafiə Nazirliyinə zəng vurub itgin düşənlərin valideynlərinə cavab verməyə çalışacağına da söz verib.

Qeyd edək ki, itkin düşmüş hərbçilərin valideynləri komandirə cəmi beş dəqiqə vaxt veriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə