“Ermənistanda hakimiyyət yoxdur” “Daşnaksütyun” nümayəndəsi Saqatelyan

Ermənistanda hakimiyyət, heç bir hökumət və hətta Xarici İşlər Nazirliyi də yoxdur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Daşnaktsutyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.

“Rüsvayçı, alçaldıcı təslim sənədi, elanı qarşısında rəqiblər öz istəkləri ilə, istədiyi kimi hərəkət edirlər. Təqribən 5 km dəhlizdən danışırdı Ermənistan hakimiyyəti, amma yol da Azərbaycanın nəzarətindədir. Ermənistan tərəfi heç bir sənədlə təsbit olunmayan mövqelərini və yaşayış məntəqələrini itirməkdə davam edir. Bu səbəbdən də rəqib qarşısında diz çökmüş bir liderin danışıqlar apara, xalqımızın maraqlarını və hüquqlarını qoruya bilməyəcəyini söyləyirik.

Bu pislik dərhal aradan qaldırılmalıdır ki, ölkəmizin tənəzzülü dayandırılsın, əks təqdirdə vətənimizi də tədricən təhvil verəcəyik", deyə İşxan Saqatelyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...