“Nikolda mənəviyyat əyləci və utanmaq hissi yoxdur" Aqasi Yenkoyan

“Nikolun guya özünü günahkar hesab etməsi yalandır, o yalan danışır. İki gün keçib, sanki heç nə olmamış kimi artıq kilsəni ziyarət edir, hansısa zavoda gedir, hökumətin iclasını keçirir”. SİA xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında “Media advokat” təşkilatının rəhbəri, hüquq müdafiəçisi Aqasi Yenkoyan yazıb.

“O, əlaqəsiz yol xəritəsini təqdim edib və kənara çəkilib. Təəssüf ki, konkret kəndlərin xəritələnməsi, erməni-azərbaycanlı sərhədlərinin müəyyən edilməsi, əsirlərin axtarışı və başqa işlər könüllülər tərəfindən icra edilə bilməz, sadəcə bu funksiyalar dövlətin funksiyaları olmalıdır və ona görə də bəlli olduğu kimi, icra edilmir, çünki dövlət yoxdur”, deyə yazan Yenkoyan əlavə edib ki, özünü günahkar hesab edən Nikol hətta onu da anlamır ki, öz postunda qalmaq üçün indi o işləməyə başlamalıdır.

Hüquq müdafiəçisi: “Nikolda mənəviyyat əyləci və utanmaq hissi yoxdur”

“Siz inanmazsınız, əgər bu belə davam edərsə o təhdidə keçəcək və sanki heç nə olmamış kimi başqa günahkarları axtaracaq. Onun qəzetində yenə haradasa yaxşı asfaltlaşdırılma işinin aparılması barədə yazılmağa başlayıb”, vəkil davam edib.

“Siz yüz minlik mitinqlər keçirə bilərsiniz, yolları və bütün küçələri bağlaya bilərsiniz, ancaq bu tədbirlər Nikola təsir etməyəcək, onda mənəviyyat əyləci və utanmaq hissi yoxdur”, Yenkoyan yazır.

Erməni vəkil: “Nikola əvvəllər Qarabağda qızardılmış donuzu indi İcevandan gətirəcəklər”

“Qalmaqal yoxdur? O, özünün ən yaxın dostu Ararat Mirzoyanı döydürməyə hazırdır. Pul yoxdur? O, fındıq satan balaca oğlanın qəpiklərini oğurlayaraq, ümumerməni “Hayastan” fonduna köçürə bilər. O, sadəcə taxtında qalmaq üçün yüz minlərlə hektar əraziləri, həyatları itirə bilər”, deyə erməni hüquq müdafiəçisi qeyd edib.

Yenkoyan əlavə edib: “Nikolun dəyərləri – onun əvvəllər Qarabağda qızardılmış donuzunu indi İcevandan gətirəcəklər, onun meyvə arağı, onun büdcəsi və postu. Nikol siyasi meyitdir, lakin heç bir mənəvi və siyasi təsirlərə təslim olmur. Onu ancaq mexaniki yolla kürsüsündən endirmək mümkündür”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə