"Əzizlərimizi qorumaqla cəmiyyətimizi qoruyuruq" ÖZƏL-MÜNASİBƏT

"Bugünkü gündə yer kürəsində 57 milyon insan koronavirus pandemiyasına yoluxub. Onlardan bir 1.4 milyonu pandemiyanın qurbanı olub. Bu xəstəlik Çində başladı və 2 həftə ərzində onlar xəstəliyin sayını xeyli aşağı saldı. Pandemiyanın qarşısını almaq üçün ilk növbədə karantin rejiminin qaydalarına əməl olunmalıdır, ara məsafəsi saxlanılmalıdır, tibbi maskadan və dizenfeksiya vasitələrindən istifadə olunmalıdır". Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

"Mən özüm Xaçmaz rayon 55 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmişəm. Bu günə qədər Xaçmazda 9055 ( doqquz min əlli beş) test həyata keçirilib, 1074 (min yetmiş dörd) nəfərdə Covid-19 aşkarlanıb, onlardan 358 nəfərdə bu aktivdir, 28 nəfər xəstəxanada, 330 nəfər ev şəraitində müalicə alır və 23 nəfər Covid-19-un qurbanı olub. Allahdan onlara rəhmət diləyirəm. Bu xəstəlik Azərbaycanda yayılan ilk vaxtlarda bütün vətəndaşlarımız hamısı xəstəliyə qarşı laqeyd yanaşırdılar və onlar bu məsələdə başqa xətt axtarırdılar. Amma çox əfsuslar olsun ki, bu gün elə bir ailəyə yaxın adam yoxdur ki, həmin xəstəliyə yoluxmasın və həyatını itirməsin. Fürsətdən istifadə edib mən bir daha bütün Azərbaycan vətəndaşlarına, seçicilərimə müraciət edirəm ki, məsələyə çox ciddi yanaşsınlar, ara məsafəsini qorusunlar, tibbi maskadan istifadə etsinlər. Çünki biz özümüzü qorumaqla əzizlərimizi, əzizlərimizi qorumaqla isə cəmiyyətimizi qoruyuruq. Ümidvaram ki, tez bir zamanda bu pandemiyadan qurtularaq yenə də əvvəlki kimi normal həyat tərzinə keçib yaşayarıq”-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə