Millət vəkili Xorvatiyaya gedir

Bu gün Milli Məclisin deputatı Mirkazım Kazımov Xorvatiyanın Zadar şəhərində səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, millət vəkili Təbiət üzrə dünya parlamentarilərinin VII qlobal formunda iştirak edəcək. Burada daha yaxşı təbiət üçün qanunlar, urbanizasiya problemləri ilə bağlı məsələlər müzakirə olunacaq.

Deputatımız Qanunvericilər dəyişikliyin aparıcı qüvvəsi kimi, İqlim dəyişikliyi və sahilyanı şəhərlər mövzularında keçiriləcək seminarlarda da iştirak edəcək. Konfransın sonunda Zadar bəyamnaməsi qəbulu olunacaq.

Səfər mayın 22-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə