“Cəhənnəmdə yan, məxluq!" Marqarita Simonyan

“Cəhənnəmdə yan, məxluq!" Marqarita Simonyan

RT telekanalının baş redaktoru Marqarita Simonyan İrəvanın Dağlıq Qarabağdakı müharibəni dayandırmaq üçün əhəmiyyətli güzəştlərə getdiyi Azərbaycan və Ermənistan hakimiyyəti orqanları arasında sülh sazişinin imzalanmasına münasibət bildirib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, jurnalist öz Teleqram kanalında erməni baş nazirə sərt ifadələr işlədib.

“Cəhənnəmdə yan, məxluq!", deyə Marqarita Simonyan Teleqram kanalında yazıb.

O, izah edib ki, yazdığı bu sözlər əslində paytaxt İrəvanda, Nikol Paşinyanın öz Facebook səhifəsində, eləcə də mətbəxində hökm sürən əhval-ruhiyyənin ifadəsidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə