ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti ölkə radiosunda müzakirə olunub
ABŞ-ın nüfuzlu və milyonlarla dinləyici kütləsinə malik “Con Batchelor Şou” radio proqramında Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı nəticəsində yaranmış gərginlik, humanitar sülh razılaşmaları və münaqişənin nizamlanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona səfərləri, ABŞ dövlət katibi Mayk Pompeo ilə nəzərdə tutulan görüşləri ilə bağlı veriliş yayımlanıb.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən SİA-ya verilən məlumata görə, verilişdə müsahib qismində səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şeffer çıxış ediblər.
Öncə səfir son gərginliklər fonunda Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə iki dəfə humanitar atəşkəs əldə edildiyini, lakin hər iki halda bu atəşkəsin dərhal Ermənistan tərəfindən pozulduğunu qeyd edib. Ermənistanın substantiv danışıqlarda maraqlı olmadığını, bu məqsədlə davamlı olaraq atəşkəsi pozaraq, üçüncü ölkələri, xüsusilə də Rusiyanı münaqişəyə cəlb etmək niyyətini diqqətə çatdırıb. Atəşkəsin vacibliyi ilə yanaşı, danışıqların əhəmiyyətini vurğulayan səfir, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri qismində münaqişənin həllinə göstərdiyi marağı müsbət qiymətləndirilib. O, Xarici İşlər nazirlərinin Vaşinqtona səfəri və burada keçiriləcək danışıqlardan ümidli gözləntilərinin olduğunu qeyd edib.
Jurnalistin Ermənistanın Gəncəni raket hücumuna tutması barədə sualını cavablandıran E.Süleymanov bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan rəhbərliyi diktator ölkə rəhbərləri kimi mülki insanları atəş hədəfinə çevirir. Səfir keçmiş İraq lideri Səddam Hüseynin də Küveyti qanunsuz şəkildə işğalı planlarının məğlubiyyəti zamanı İsraildə mülki əhalini atəşə tutmasını xatırladaraq, Ermənistan baş naziri Nikol Paşinyanı onunla müqayisə edib. Humanitar atəşkəsdən dərhal sonra münaqişə zonasından kənarda yerləşən Gəncəni atəşə tutmasına diqqət çəkən səfir bildirib ki, Ermənistanın atdığı mərmilər şəhərdəki ortodoks kilsəsinin 500, əsas məscidin isə 300 metrlik məsafəsində partlayıb. 10-dan çox həlak olan mülki əhalinin içərisində 10 aylıq körpənin və 1 gün sonra 5 yaşı tamam olacaq azyaşlının olmasını xüsusi qeyd edib.
Professor Şeffer Azərbaycan əsgərlərinin Araz çayının şimalında yerləşən Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edərkən çayın qarşı tərəfindən İranda yaşayan azərbaycanlıların onları ürəkdən dəstəkləməsinə diqqət çəkib.
Səfir Azərbaycan xalqı üçün simvolik rəmzi olan Xudafərin körpüsünün azad olunmasının və orada Azərbaycan bayrağının dalğalandırılmasının xalqımız üçün olduqca həssas duyğular yaratdığını qeyd edib.
Müsahibənin tam mətni ilə https://audioboom.com/posts/7709614-the-south-caucasus-crisis-comes-to-washington-for-peace-talks-profbshaffer-fdd-elinsuleymanov?utm_campaign=detailpage&utm_content=retweet&utm_medium=social&utm_source=facebook&fbclid=IwAR3HBuDOCrehuU_8FX0EdIz_Tl0yWiB7UqS946NYOKmENazSRe1r8G_jBFo internet səhifəsindən tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



