Rasim Quliyev: "Azərbaycan "status-kvo"nu döyüş meydanında dəyişənədək onun saxlanmasına cəhdə görə birbaşa həmsədrlər günahkardır” ÖZƏL-MÖVQE

“Ümumiyyətlə, Ermənistanın nə qədər təxribatçı, terrorçu dövlət olmasını sübut edən əməllərdən biri onun xaricdəki diasporudur. Yəni Ermənistan xaricdən idarə olunur. Təbii ki, bu diasporun da siyasəti, işi, ideologiyası terrorizmdir, təxribatdır. Ermənistanın BMT-nin məlum dörd qətnaməsini icra etməməklə bağlı özündən razılığı, arxayınçılığı məhz o diasporun hesabınadır”. Bunu SİA-ya “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

“Məsələn, ATƏT-in Minsk Qrupunun həmsədr olan ölkələrindən biri bizi atəşkəs barədə razılığa dəvət edir. Ermənistan isə hay-küy salırdı və Azərbaycanın razılaşmayacağını zənn edirdi. Amma proseslər gözlənilən kimi olmadı. Bu gün Azərbaycanın müdrik, praqmatik və rasional düşüncəli bir Lideri var. Dövlət başçısı onların avantürasını çox gözəl bilirdi və hər zaman da onları qabaqlayır. Belə ki, atəşkəs barədə çağırışa Azərbaycan tərəfi əməl etdi. Amma bizi Moskvada atəşkəsə çağıran Ermənistan XİN rəhbərinin mülki, VİP təyyarəsinə silahlar, raketlər doldurulub Ermənistana göndərildi. Həmin günün səhəri isə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə raket atəşi ilə vuruldu. Bu nəyi göstərir. Demək olmaz ki, bunu Rusiya dövləti edib. Amma hər kəs də bilir ki, Rusiyada erməni diasporu güclüdür. Bu mənada hesab edirəm ki, həmin diasporun fəaliyyətinə heç olmasa müəyyən dövlət nəzarəti olmalıdır. Digər tərəfdən Fransa dövləti açıq-aşkar Ermənistanı dəstəklədi. Əgər ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətlərinin birindən diaspor, digərindən isə dövlət səviyyəsində Ermənistana dəstək gəlibsə, bu o deməkdir ki, işğalçı ölkəni BMT-nin qərarlarını icra etməməyə sövq edən amil erməni diasporudur. Hətta deyərdim ki, Azərbaycan "status-kvo"nu döyüş meydanında dəyişənədək onun saxlanmasına cəhdə görə birbaşa həmsədrlər günahkardır”, - deyə, R.Quliyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...