SƏS Media Qrupu Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb. SİA-nın verdiyi məlumata görə, SƏS Media Qrupunun rəhbərliyi və kollektivin əməkdaşları işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 5000 (beş min) manat ianə edib.
Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri əks-həmlə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB