İmişli rayonunda yeni məktəblər tikilir. İmişli Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyev SİA-nın Aran bürosuna açıqlamasında bildirib ki, son 5 ildə dövlət tərəfindən 19 yeni, 6 yardımçı məktəb tikilib, 8-i isə əsaslı təmir olunub: "Hazırda Şahverdili və Çaxırlı kəndlərində 220 yerlik məktəb tikilir. Bu gün təhsil alan şagirdlərin 54 faizi yeni tikilən məktəblərdə oxuyurlar. Dövlətin yaratdığı şəraitin nəticəsidir ki, 2008-ci ildə 58 nəfər gənc tələbə adını qazandığı halda 2010-cu ildə ali məktəbə 114 nəfər məzun qəbul olub. Bunlardan 7 nəfəri 600-dən yüksək bal toplayıb, 1 nəfər Məhərrəmova Hamiyə Habil qızı 655 bal toplayaraq Prezident təqaüdünə layiq olub. Rayonun tarixində yaşanmayan nəticə əldə edilib".
Qeyd edək ki, rayonda fəaliyyət göstərən 63 təhsil müəssisəsindən 57 tam orta, 3 ümumi orta, 3 ibtidai məktəblərdir. Bu məktəblərdə təhsil alan 16441şagirdin təlim tədris işləri ilə 1611 müəllim məşğul olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB