Eldəniz Səlimov: “Paşinyanın "60 dəqiqə" verilişində verdiyi bəyanat onun həyasız biri olmasından irəli gəlir” RƏY-ÖZƏL

“Paşinyanın son günlərdə Azərbaycanın döyüş zəfərlərindən yetərincə narahat olduğu açıq aydın ortadadır. Çünki Azərbaycan başladığı bu haqq savaşında geri addım atan deyil. Bunu anlayan Ermənistan bütün variantlardan istifadə edərək bizi dayandırıb danışıqlar masasına əyləşmək istəyir”.

Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov “Rossiya 1” telekanalının “60 dəqiqə” verlişində Ermənistanın baş naziri Paşinyanın Azərbaycanın hərbi uğurlarından narahat olaraq dünya birliyini təcavüzü və təcavüzkarı dayandırmağa çağırmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Paşinyanın "60 dəqiqə" verilişində verdiyi bəyanat onun həyasız biri olmasından irəli gəlir: “Bu gün dünya birliyi artıq bilir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində təcavüzkar dövlət hansıdır. Paşinyanın verdiyi mənasız bəyanatlar yersiz olduğu qədər heç bir həqiqəti əks etdirmir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə