“İtirilən mövqelər, ölən və yaralananlar var” Qondarma rejim rəhbəri

“Çoxlu sayda mövqeləri itirdik, onlarla ölən və yaralanan erməni hərbçilər var”. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qondarma Dağlıq Qarabağ Respublikasının qondarma "prezidenti" Arayik Arutyunyan keçirdiyi mətbuat konfransında etiraf edib.

“Vəziyyət aprel günlərindəki kimidir. Amma müharibə bütün təmas xətti boyu davam edir. Bu baxımdan, hazırkı vəziyyət aprel döyüşlərindən də daha mürəkkəbdir. Hətta miqyası belə müqayisə oluna bilməz. Bu döyüşlər aprel döyüşlərindən daha ağırdır və müasir silah və sursatlardan istifadə edilir”, deyə Arayik Arutyunyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə