Petrosyan və Paşinyan arasında ciddi fikir ayrılıqları yaranıb “Past” qəzeti yazır

Son günlərdə Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanla baş nazir Nikol Paşinyan arasında ciddi fikir ayrılıqlarının yarandığı barədə məlumatlar yayılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Qəzet yazır ki, xüsusilə, Levon Ter-Petrosyan, Erməni Milli Konqresini Paşinyandan tamamilə ayırmağa çalışıb və bildirib ki, ölkədə konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilsə, o zaman ANC qərargaha rəhbərlik edəcək.

Yeri gəlmişkən, “Birlik” hərəkatının rəhbəri Arman Vardanyan da bu günlərdə bir televiziya şousu zamanı bu barədə söyləyib və əslində, demək olar ki, Levon Ter-Perosyanla Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin arasındakı görüşün qalmaqallı detallarını ifşa edib.

Qəzetin yazdığına görə, Arman Vardanyan bu yaxınlarda Rusiyanın hakim siyasi dairələri ilə görüşüb və Rusiya paytaxtı Moskvadan geri qayıdıb. Bəlkə də yuxarıda göstərilən məlumatlar məhz bu görüşlər zamanı ona çatdırılıb. Nəşr bu məlumatları Vardanyanla aydınlaşdırmağa çalışsa da, o, hazırda başqa bir şərhinin olmadığını bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə