ABŞ Dövlət katibindən Ermənistana təbrik və danışıqlara təhrik

ABŞ Dövlət katibindən Ermənistana təbrik və danışıqlara təhrik

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanı tezliklə substantiv danışıqları bərpa etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə M.Pompeo Ermənistanının müstəqillik günü münasibətilə təbrikində bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə sadiq qalırıq və tərəfləri Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları mümkün qədər tez bərpa etməyə çağırırıq”, - deyə ABŞ Dövlət katibi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə