Böyük Britaniyalı ekspert Azərbaycan media menecerləri üçün ali səviyyəli kurs keçirəcək

Böyük Britaniyalı ekspert Azərbaycan media menecerləri üçün ali səviyyəli kurs keçirəcək
Azərbaycan Media Mərkəzi (AMC) və Dünya Qazet və Xəbər Maarifçiləri Assosiyasiyası (World Association of Newspapers and News Publishers WAN/IFRA) media menecmenti üzrə bir həftəlik təlim elan edir. SİA-nın Meda Mərkəzinin saytına istinadən xəbər verir ki, Böyük Brianiyalı media strateqiyası üzrə məsləhətçi David Brewer tərəfindən aparılacaq bu kurs, 16-20 may tarixləri arası Azərbaycan Media Mərkəzində baş tutacaq.

Media Menecmenti dəyişən auditoriya ilə ayaqlaşmaq və bütün istifadə olunan sistem və iş axınının auditoriyaya düzgün tərzdə çatdırılması və yeniliklərin yaradılması ilə bağlı olan mövzüdur. Həmçinin, buraya bazarda fərqlənən və seçilən tərkibə malik məzmunun çatdırılması da aiddir. 5 günlük kurs ərzində auditoriyanın tələblərinin artması, həmin tələblərə necə uyğun olmaq, istifadəçilərin müraciət etdiyi bütün daşıyıcılara uyğun və münasib məzmunun əldə olunması, elektron, onlayn və sosial media imkanlarından tam istifadə edərək auditoriyanın diqqətini bütöv həcmdə cəlb etmək kimi məsələlər ətrafında müzakirələr aparılacaq.

Təlim kusru çap və onlayn nəşrlərin baş menecerləri üçün nəzərdə tutulub. Kurs, Azərbaycanda AMC və WAN/IFRA təşkilatlarının birgə həyata keçirdiyi Azərbaycanda Media İdarəçiliyinin Gücləndirilməsi Layihəsinin tərkib hissəsi olaraq keçirilir.

Daha ətraflı məlumat və təlim kursunda iştirak ilə bağlı suallarla əlaqədar olaraq, Azərbaycan Media Mərkəzinin Layihələr üzrə Koordinatoru Seymur Kazımova müraciət etməyiniz xahiş olunur. Email: [email protected] Tel: (012) 493 25 22. AMC (www.mediamerkez.az) və WAN/IFRA (http://www.wan-ifra.org/) barəsində daha ətraflı məlumat almaq üçün həmin təşkilatların web-səhifələrinə daxil olun.

Bütün xəbərlər Facebook səhifəmizdə