“Yüzlərlə insan işini, fəaliyyətini dayandırmaq məcburiyyətində qoyulub” Etirazçı aksiya iştirakçısı

“Yüzlərlə insan işini, fəaliyyətini dayandırmaq məcburiyyətində qoyulub” Etirazçı aksiya iştirakçısı

Bu gün, əsasən paltar idxal edən sahibkarlar Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, 1 sentyabr 2020-ci il tarixindən Ermənistanda geyimlərin gömrük rəsmiləşdirilməsi rüsumları artırılıb və etirazlar da bu səbəbdəndir.

Məlumatda qeyd olunur ki, bundan sonra xaricdən gətirilən paltarlara görə rüsumların
artırılmasından narazılıq edən etirazçılar artıq fəaliyyət göstərməyin, işləməyin mümkünsüzlüyünü vurğulayıblar.
“Paltar və ayaqqabı məsələsində gömrük rəsmiləşdirilməsi 3 dollar 25 sentə başa gəlir. İndi gömrük dəyəri təxminən altı dəfə artırılır. Bunun nəticələri də əlbəttə ki, malların bahalaşması olacaq. Mən məcbur olaraq fəaliyyətimi, işimi dayandırmalıyam və mənim kimi yüzlərlə insan var ki, işini fəaliyyətini dayandırmaq məcburiyyətində qoyulub. Biz ancaq vergi ödəyirik”, deyə etirazçılardan biri bildirib.
"Belə işləmək mümkün deyil", deyə etirazçılar bəyan ediblər. Onlar hökumətin çıxıb onların suallarını cavablandırmalarını tələb ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə