Politoloq: "İslam körfəzi ətrafındakı ərəb dövlətlərinin birliyi İrana qarşı BMT TŞ-nın rolunu oynamaq istəyir"

Politoloq: "İslam körfəzi ətrafındakı ərəb dövlətlərinin birliyi İrana qarşı BMT TŞ-nın rolunu oynamaq istəyir"

"Şimali Afrika və ərəb dünyasında baş verən proseslərin episentri Yaxın Şərqin İslam körfəzi ətrafına yaxınlaşır. Liviya üzrə BMT TŞ-nin qətnaməsinin əldə olunmasında Ərəb Dövlətləri Liqasının hansı rolu oldusa, indi İslam körfəzi ətrafındakı ərəb dövlətləri birliyi də İrana qarşı həmin rolu oynamaq istəyir". Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu SİA-ya açıqlamasında bildirib ki, İranın destruktiv, araqarışdıran, qonşularının daxili işlərinə qarışmaq siyasəti bu dövlətin özünü hadisələrin əsas hədəfı edib. Bəhreyn-Suriya hadisələri bir-birini hakimiyyət-xalq kontekstində tamamladığı halda ABŞ başda olmaqla Qərb dünyası hər iki dövlətdəki hadisəni İranın ziyanına yozmaq fikrindədir: "Bəhreyndə şiə çoxluğun, sünni azlığın hakimiyyəti altındadır. Suriyada isə sünni çoxluğun, şiə-ələvi azlığın hakimiyyəti altındadır. İran faktoruna görə Qərb dünyası, o cümlədən İranın qonşuları olan ərəb dövlətləri Bəhreyndə hakimiyyəti müdafiə etdikləri halda Suriyada xalqı dəstəkləyirlər. İran isə Suriyada hakim elitanı, Bəhreyndə isə xalqı dəstəkləyir. Yəmən hadisələrindən Qərbin tutduğu mövqe prezident Salehə güclü təzyiq etməməkdən ibarət idi. İranpərəst qüvvələrin rola malik olmaması şərtilə, Yəmən proseslərinin son cavabı tapılmaq üzrədir. Yəmənin prezidenti Ə.Salehi İslam Körfəzi ölkələri Birliyinin hazırladığı planı qəbul etdiyini bildirsə də sonradan bu plandan imtina etdi".

Politoloqun fikrincə, Liviya prosesləri dalana dirənib. Belə ki, NATO-nun BMT TŞ-nin qətnaməsi əsasında apardığı hava hücumları lazım olan nəticəni vermədi. NATO-nun təşkil etdiyi hava hücumları BMT TŞ-nin qətnaməsinin də tələblərini kobud sürətdə pozmaqla reallaşdırıldı. Eyni zamanda ABŞ NATO-nun Liviyaya qarşı hərbi əməliyyatlarında iştirakını dayandırdı. NATO-nun Liviyanı bombalamasına və ya Liviyaya qarşı əməliyyatlarına dəstəyini kəsmədiyini bildirən ABŞ-ın bu hərəkəti iki parametlə izah oluna bilər: "Birincisi, ABŞ İranla müharibəyə hazırlaşır. Başqa sözlə, ABŞ nəzəri cəhətdən İranda iğtişaşları və İran hökumətinin bu iğtişaşları dağıdacağını proqnozlaşdırır və ona hazırlaşır. Hal- hazırda ABŞ həm Əfqanıstan, həm də İraqla müharibə vəziyyətindədir. Liviya ilə müharibə ABŞ-ın eyni vaxtda üç müharibədə iştirak etdiyini ortaya qoydu. ABŞ konstitusiyası bu dövlətə eyni vaxtda üçdən artıq müharibədə iştirakı qadağan edir. Liviyadakı müharibədə faktiki iştirak edən ABŞ rəsmi iştirakını dayandırdı ki, İranla ehtimali müharibədə konstitusiyanın tələbi pozulmasın. O da qeyd edilməlidir ki, ABŞ-ın nöqteyi-nəzərində Suriya hadisələri İranı qabaqlaya bilər.Yaxın Şərqdə ABŞ-ın "şər oxu"na aid etdiyi dövlətlər İran və Suriyadır. İkincisi isə NATO-nun hava əməliyyatları uğur yarada bilmədiyinə görə quru əməliyyatlarının keçirilməsi daha realdır. Başqa sözlə, Qərb dünyası, xüsusilə, Aİ zaman keçdikcə quru qoşunları ilə Liviya ərazisində hərbi əməliyyatlar keçirmək ideyasına daha çox meyllənir. Qərb qoşunları bu günədək məqsədyönlü hava hücumları vasitəsilə heç Qəddafini də öldürə bilməyıb. Qəddafinin fıziki məhvi ilə bağlı NATO və ya Aİ-nin mövqeyi qeyri-müəyyən olsa da, sonradan hər iki qurum Qəddafinin öldürülməsinin əsas məqsəd olduğunu bildirdilər. Liviya ərazisində quru qoşunlarının hərbi manevrlərində ABŞ-ın quru qoşunları iştirak edəcəksə, ABŞ-da əhali arasında ciddi narazılıq yaranacaqdır. O baxımdan, B.Obamanın Liviya əməliyyatlarından geri çəkilməsi ilə 2012-ci ilin prezident seçkilərində iştirakı ilə bağlı verdiyi bəyanatların üst-üstə düşməsi asanlıqla izah olunandır. İranın ərəb dünyasındakı hadisələr kontekstindən davranışı kifayət qədər diqqət çəkir".

M. Əhmədoğlu deyir ki, Ərəb dünyasında baş verənlərin özünün maraqlarına uyğun olduğunu bəyan edən İran faktiki aktiv siyasətlə məşğul ola bilmir, ehtiyatlı davranır. Belə ki, Bəhreyn hadisələri tamamilə İranın fəaliyyətinin nəticəsidir: "1974-cü ilədək İranın tərkib hissəsi olmuş Bəhreyni geri qaytarmaq üçün İran var qüvvəsi ilə çalışıb. Amma indi İran Bəhreyn hadisələrinə yalnız informasiya dəstəyi verir; dünyada olan bütün şiələri ayağa qalxmağa, mitinqlər etməyə çağırır. Amma belə mitinqlərin öz ərazisində keçirilməsinə imkan vermir. BMT-nin İrandakı nümayəndəliyinin və Səudiyyə Ərəbistanının İrandakı səfırliyinin binaları qarşısında keçirilən mitinqlər azsaylıdır və xüsusi qaydada təşkil olunmuş mitinqlərdir. İran rejimi hətta xüsusi qaydada təşkil olunmuş belə azsaylı mitinqlərdən qorxur. Belə mitinqlər güclü, hərtərəfli silahlandırılmış polis dəstələrinin iştirakı ilə müşayiət olunur".

İranda hakimiyyət daxilində ciddi narazılıq var. Politoloq vurğulayıb ki, ali dini lider ilə prezident arasındakı ziddiyyət daha aşkar görünür: " İranın prezidenti M.Əhmədinecat təhlükəsizlik naziri Heydər Mösləhini vəzifədən azad etdiyi halda Ali dini lider müasir İranm tarixində ilk dəfə olaraq bu prosesə qarışdı və H.Mösləhini vəzifəsinə bərpa etdi. Ali dini lider S.Ə.Xamneyinin bu addımına etiraz olaraq İran prezidentinin işə çıxmadığı və ya istefa verdiyi barədə məlumatlar yayılır. İranm hakim elitasının daxilindəki ziddiyyət kifayət qədər yüksək səviyyədədir. Gərginliyin azalacağına dəlalət edən bir işarə yoxdur. Əhalinin narazılığı və hakim rejimə inamı getdikcə azalır. Çörəyin və digər məhsullann qiymətlərinin qalxması bu prosesi daha da şiddətləndirir. Ali dini lider S.Ə.Xamneyi şəxsən özü kifayət qədər aktivləşib. Əvvəllər o qədərdə aktiv siyasi həyat yaşamayan ali dini lider indi hətta Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri səviyyəsində işçilər ilə görüşlər keçirir. Hakim elita daxilindəki ziddiyyətlər ola bilər, daha çox ali dini lider S.Ə.Xamneyinin davranışı ilə bağlı olsun. İranda islam inqilabının lideri R.Xomeyni yalnız ideoloq və ya nəzəriyyəçi idisə onu əvəzləmiş indiki dini lider bu vəzifəyə gəlməmişdən qabaq ölkənin prezidenti işləyib. Görünür, prezident dövründəki icraçılıq vərdişləri indi ideoloq olaraq rəhbərliketmə prosesinə maneçilik törədir".

Bütün xəbərlər Facebook səhifəmizdə