“Bu gün Prezident İlham Əliyev Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Təhsil hər bir vətəndaşın gələcəyidir. Bir təhsil işçisi olaraq müstəqil Azərbaycanda məktəb və universitetlərin yenilənməsi, təhsildə innovativ metodlardan istifadə edilməsi məndə rəğbət ancaq doğurur”. Bunu SİA-ya təhsil işçisi, DİA-nın müəllimi Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün MDB dövlətləri içində məhz Azərbaycanda, hər bir ucqar kənddən tutmuş ölkənin hər bir güşəsində yeni məktəb korpuslarının tikintisinin şahidi olmaqdayıq: “Müstəqilliyimizin ilk illərində Ümummilli lider Heydər Əliyev ölkədə bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdı. Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğının arxasında Onun "Təhsil millətin gələcəyidir" fikri durmuşdu.
Azərbaycanın müstəqilliyinin ilk illərinə nəzər saldıqda, görürük ki, təhsil sahəsində müxtəlif çətinliklər, problemlər yaşanırdı. Bu problemlər məktəblərin yenidən qurulmasına, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsində özünü göstərirdi. Təbii ki, bütün bunları nəzərə alınaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması və digər yüksək səviyyəli işlərin icrası ardıcıl və nizamlı şəkildə aparıldı və hal-hazırda bu işlər davam etdirilir. Bu gün Prezidenti İlham Əliyev də ümumilli liderin siyasi kursuna sadiq qalaraq, digər sahələrlə yanaşı, təhsilimizə də yüksək qayğı göstərir. Belə ki, cənab Prezident İlham Əliyev təhsillə bağlı bir neçə Sərəncamlar, Fərmanlar imzalayıb. Bu gün Azərbaycan təhsilində xüsusi xətt üzrə inkişafa həm də məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması daxildir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB