Son günlər xaricidəki “söyüş müxalifət”i ilə AXCP-nin sədri Əli Kərimli arasında daha sıx əlaqələr, əməkdaşlıq münasibətləri yaranıb. Təbii ki, bu kimi əlaqələr yeni təxribatların, pozucu aktların planlaşdırılıb, həyata keçirilməsinə hesablanıb. Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin sədri Cavid Şahverdiyev “Səs” qəzetinə açıqlamasında bildirdi ki, AXCP sədri və özünü müxalifətin “anası” adlandıran Əli Kərimli heç vaxt demokratik, sivil siyasi mübarizə aparmayıb: “Çünki onda demokratik dəyərlər yoxdur. Kərimli həmişə Avropadakı anti-Azərbaycan qüvvələrin və ermənipərəst dairələrin təşkil etdikləri mübarizə metodlarından istifadə edib. O, hələ də bu vaxtadək dərk etməyib ki, siyasi mübarizə, bir növ, yarış xarakteri daşımalıdır, intellekt mübarizəsi aparmalıdır, bu mübarizəni ağılla, dərrakə ilə aparmaq lazımdır. Ortaya alternativ proqramlar, potensial qoymalıdır, ölkənin milli maraqlarına cavab verən layihələrdən danışmaq lazımdır. Bunların heç biri Ə.Kərimlidə yoxdur, çünki onun təfəkküründə, düşüncəsində, əqidəsində Azərbaycan hakimiyyəti ilə yanaşı, dövlət və dövlətçiliyinə qarşı mübarizə yer alıb. Bunun üçün istənilən metodlardan istifadə edib. Təki sifariş və tapşırıq aldığı Avropadakı donorlarının etimadını itirməsin”.
C.Şahverdiyev onu da bildirdi ki, Ə.Kərimli ölkədə sivil, demokratik siyasi mübarizə aparmaq əvəzinə inqilab tərəfdarı kimi çıxış edir: “Ölkəmizi istəməyən kifayət qədər xarici və daxili qüvvələr var ki, hər zaman iğtişaş yaratmaqda maraqlıdırlar. Ə.Kərimli Azərbaycanda qarşıdurma yaratmaqda maraqlı olduğunu heç vaxt gizlətmir. Bu gün millətini, dövlətini, xalqını sevən hər bir insan ölkəmizdə bütün sahələrdə davamlı inkişafın olmasında, insanların sosial rifah halının yüksəlməsi istiqamətində islahatlar aparılmasında maraqlıyıq. Kərimli kimi insanlar fəaliyyətlərini isə bunun əksinə istiqamətləndiriblər”.
C.Şahverdiyev onu da bildirdi ki, Kərimli köhnə mübarizə üsullarını, “söyüş müxalifət” liderliyindən əl çəkmək istəmir: “Söyüş, qarğış daha çox qadınlar arasında davalarda eşidilər. Yəni bu üsul onlara xasdır. Amma Kərimli bu üsula məharətlə sahib çıxa bilib. Azərbaycanda sosial bazasını, yaxın ətrafını itirən Kərimli Avropaya üz tutmaq məcburiyyətində qalıb. Seçimi yox idi. Ona ancaq oradakı anti-Azəraycan təbliğatı aparan bir neçə soydaşımız və Azərbaycanın güclənməsini, inkişafını həzm edə bilməyən erməni və ermənipərəst qüvvələr qucaq aça bilərlər. Kərimlinin özü burada olsa da, ruhu, təfəkkürü Avropadadır. O Avropadan idarə olunur, dilləndirilir. Kərimli özünü müxalifətin “anası” yox, müxalifətin söyüş liderinə çevirib, necə deyərlər söyüş müxalifətinin “Xaç atası”dır. Maliyyəsini indi bu yolla əldə edir. Ləkəli siyasi karyerası boyunca çoxsaylı "ilk"lərə imza atan Əli Kərimli siyasətdə və sosial şəbəkələrdə bu dəfə söyüş və qarğışları ilə birinci olub. Kərimlinin status və fikri bütünlüklə söyüş və qarğışdan ibarətdir. Bu söyüş fərdə yox, bütünlüklə xalqa, dövlətə ünvanlanıb. Anti-Azərbaycan təbliğatı aparan Avropadakı əksər sosial şəbəkə istifadəçiləri və internet kanallarına Kərimli nəzarət edir. Adları çəkilən kanalların içərisində "şərh" bölümündə ən çox təhqir və söyüşə yer verən "Azərbaycan saatı"dır. Bu kanal Əli Kərimlinin nəzarətindədir və trolların böyük əksəriyyətini cəbhəçilər təşkil edir. Kərimli və onun ətrafı söyüş və qarğışı adi danışıq tərzinə çeviriblər. Bu gün söyüş meydanı deyil, sivil, demokratik siyasi mübarizə meydanıdır. Ağlın, saf təfəkkürün, siyasi dünyagörüşün varsa atıl meydana, yoxdursa, çəkil kənara, keçmişinə bax, sus, danışma...”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB