"Birhüceyrəli gəmicik" atom sualt qayığı ilə toqquşdu və batdı FOTOLAR

"Birhüceyrəli gəmicik" atom sualt qayığı ilə toqquşdu və batdı FOTOLAR

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin ən kiçik gəmisi atom sualtı qayığı ilə toqquşması nəticəsində batıb. SİA xəbər verir ki, bu barədə avia.pro yazır.

Nəşr qeyd edir ki, sosial şəbəkələrdə gəminin batmasını əks etdirən foto yayılıb.

“Bu Amerika gəmisinin adını miniatürlüyünə görə, “Dəniz döyüşü” oyunundan götürərək, “birhüceyrəli gəmicik” adlandırıblar. Kiçik ölçülərinə baxmayaraq, gəmi böyük gücə malikdir və sualtı qayığa ciddi zərər vura bilər”, nəşr yazır.

O da qeyd olunur ki, hələlik, insidentlə bağlı rəsmi şərh verilməyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə