"Böyük məğlubiyyət düşmənin qapısını döymək üzrədir" BƏHRUZ QULİYEV
"İşğalçı Ermənistanın təxribatçılıq cəhdlərinin qarşısı daim Azərbaycanın şanlı Silahlı Qüvvələri tərəfindən alınıb və bundan sonra da qətiyyətlə alınacaq". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Goranboy rayonu ərazisində erməni diversiya-kəşfiyyat qrupunun zərərsizləşdirilməsi, eləcə də, qrupun komandirinin əsir götürülməsi faktını şərh edərkən deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkələri daxilindəki uğursuzluqlarını, xalqın artan narazılığını gizlətmək üçün bu cür mənfur addımlara gedirlər, lakin göründüyü kimi, məğlub olurlar: "Ermənistanda kimlərin hakimiyyətdə olmalarına baxmayaraq, həmin ölkənin işğalçılıq siyasəti iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə köklü zərbələr vurmaqdadır. Əlbəttə ki, xalq narazıdır və hakimiyyət zaman-zaman bu cür kirli addımlara gedərək, özünü sudan quru çıxarmağa cəhdlər göstərir. Biz belə halı 2016-cı ilin aprelində Qarabağda, 2017-ci ilin yayında Naxçıvanın Günnüt kəndində müşahidə etdik və şahidi olduq ki, Azərbaycan Ordusu daim ayıq-sayıqdır və düşmənin təxribatlarının qarşısını əzmlə almaqla yanaşı, həm də ona sarsıdıcı zərbələr endirir, üzərində qələbə qazanır".
"Məhz Goranboyda düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar olunaraq zərərsizləşdirilməsi, üstəlik qrupun komandirinin əsir götürülməsi bu qələbələrin, xüsusilə də Tovuzdakı zəfərin davamıdır", deyən "SƏS" qəzetinin baş redaktoru hesab edir ki, artıq bu reallıqlar bütövlükdə Ermənistan hakimiyyətinin xalq qarşısındakı "qalib" stereotiplərini kökündən məhv edib: "Artıq beynəlxalq aləm, ayrı-ayrı nüfuzlu siyasi dairələr də həmin gerçəkliyi dərindən dərk edirlər, Azərbaycanın haqlı səsinə dəstək göstərirlər. Əlbəttə, düşmən bundan daha da aqressivləşir, qıcıqlanır, amma göründüyü kimi, onların bütün cəhdləri əbəsdir və məğlub vəziyyətlərini daha çox açığa çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



