”Əl-Qaidə” ABŞ-da terror aktı keçirəcək

”Əl-Qaidə” ABŞ-da terror aktı keçirəcək
"Əl-Qaidə" 11 sentyabr olaylarının 10-cu ildönümündə ABŞ-ın dəmiryollarında terror aktı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndəsi Metyu Çandlerin sözlərinə görə, terror təşkilatı ABŞ tarixində qatarlarda ən qanlı terror olayı törətmək üçün plan hazırlayıb. O, bu planın detalları barədə hələ tam məlumat əldə etmədiklərini, terror olayının qarşısının alınması istiqamətində çalışdıqlarını vurğulayıb. Metyu Çandler vətəndaşları da ayıq olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə