Ombudsman AŞ və Aİ-nın birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib
İyulun 31-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) “Ayrı-seçkiliklə mübarizə üzrə vətəndaş cəmiyyəti institutları və ümumilikdə ombudsman institutları və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığa dair müsbət təcrübələr” mövzusunda birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib.
SİA xəbər verir ki, bəhs olunan tədbir hər iki beynəlxalq qurumun “Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanları üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihəsi çərçivəsində həyata keçirilib. Onlayn tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, AŞ Bakı Ofisi rəhbərinin müavini, Ombudsman Aparatının əməkdaşları, Gürcüstan və Ukraynadan olan, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyət göstərən ekspertlər, o cümlədən yerli vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Müvəkkil Səbinə Əliyeva COVİD-19 pandemiyasının bəşəriyyət üçün ciddi təhdid olduğunu diqqətə çatdırıb. Ombudsman pandemiya dövründə ilk günlərdən əhalinin həssas qruplarının - əlilliyi olan şəxslərin, miqrantların və uşaqların hüquqlarının müdafiəsi məqsədilə müvafiq dövlət qurumlarına müraciət ünvanladığını bildirib. Vurğulanıb ki, pandemiya dövründə Ombudsman təsisatı bölgələrdə insan hüquqlarının vəziyyətini diqqətdə saxlamaq məqsədilə mütəmadi olaraq onlayn görüşlər keçirib. Eyni zamanda, Ombudsmanın regional mərkəzlərinin əməkdaşlarının yerli icmaların və milli azlıqların nümayəndələri ilə görüşləri olub.
Müvəkkil cari ilin əvvəlində Ombudsman təsisatının AŞ və Aİ ilə birgə əməkdaşlığı çərçivəsində Qubada Ombudsman institutunun mərkəzi ofisinin və onun regional mərkəzlərinin əməkdaşları ilə yanaşı, rayonda yaşayan milli azlıqların nümayəndələrinin də iştirak etdiyi “Azərbaycan Ombudsmanının regional nümayəndələri üçün təcrübədə ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim seminarı” adlı təlim-seminar keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, bəhs olunan təlim-seminarın nəticələri Avropa Şurasının nümayəndələri ilə onlayn qaydada müzakirə edilib.
Səbinə Əliyeva vurğulayıb ki, Ombudsman təsisatının yeddi əməkdaşı müvafiq sahədə bilik və təcrübələrinin artırılması məqsədilə Avropa Şurasının müvafiq mövzuda onlayn kurslarına cəlb edilib və beynəlxalq ekspertlərin təcrübələrindən faydalanıb.
QHT və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətindən bəhs edən Ombudsman Azərbaycanın tarixən multikultural dəyərlərə önəm verdiyini, ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən və digər əlamətlərindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrinin daim tolerant mühitdə yaşadıqlarını, eyni hüquq və azadlıqlara malik olduqlarını bildirib. Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikasının Ombudsman haqqında Konstitusiya Qanununa əsasən, nəinki ölkə vətəndaşları, hətta əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, o cümlədən hüquqi şəxslər də Müvəkkilə müraciət edə bilər.
Ombudsman, həmçinin pandemiya dövründə hərbi münaqişələrdən çəkinmək, silahları susdurmaq kimi çağırışlar edən BMT-nin Baş Katibi cənab Antonio Guterreşin bəyanatını xatırladaraq 12 iyul tarixindən başlayaraq Ermənistan hərbi qüvvələrinin dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar nəticəsində mülki şəxsin və hərbi qulluqçularımızın həlak olduğunu, bunun isə Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadığını bir daha göstərdiyini bildirib. Müvəkkil baş vermiş bu təxribatın nəticələrinin, pozulmuş insan hüquqlarının yerində araşdırılması məqsədilə Tovuz rayonuna səfər etdiyini, aparılmış monitorinqin nəticələri əsasında hazırlanmış hesabatın müvafiq beynəlxalq təşkilatlara və xarici ombudsmanlara ünvanlandığını bildirib. Müvəkkil, eyni zamanda, ermənilərin ABŞ və Avropa ölkələrinin müxtəlif şəhərlərində azərbaycanlı dinc aksiyaçılara qarşı törətdikləri təxribat xarakterli hücumlara etiraz məqsədilə bəyanatla çıxış etdiyini diqqətə çatdırıb.
Tədbir vətəndaş cəmiyyəti institutları və Ombudsman təsisatı arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda interaktiv müzakirələrlə davam edib və Müvəkkil ona ünvanlanmış sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



