Cəmil Həsənli və Əli Kərimli intriqa yaratmaqla məşğuldurlar RƏY-ÖZƏL

Anar Xəlilov: “Cəmil Həsənli tarixçidi yaxşı bilir ki Rəsulzadə hara Kərimli hara”

“Milli Şura”nın növbəti vidiokonfransında şuranın üzvü Məmməd Rahim Əli Kərimlini “zəmanənin Rəsulzadəsi” kimi təqdim edib. Amma Cəmil Həsənli onu təxribatda günahlandırıb. Zamanında liderinə xəyanət etmiş Əli Kərimlini bu cür təqdim edilməsi siyasi riyakarlığın daha bir təzahürü hesab etmək olar? Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Məmməd Əmin Rəsulzadə həyatı mübarizə ilə keçmiş bir şəxsiyyətdir: “Müəyyən ziddiyyətlər də olsa tarixi şəxsiyyət və dövrünün siyasi xadimidir. Onu bu gün Əli Kərimli ilə müqayisə etmək absurddur həm də gülünc. Bunların artıq xalqa deyəsi sözləri qalmayıb. Başlayıblar bir-birini ucuz tərifləməyə”.

Təşkilat sədri onu da bildirdi ki, Əli Kərimli Məmməd Əmin Rəsulzadə ola bilməz: “Əgər onların öz xalqına az da olsa hörmətləri varsa bu cür müqayisə aparıb Rəsulzadə kimi insanları hörmətdən salmasınlar. Hər kəsin öz adı var. Əli Kərimli öz mənsub olduğu partiyanın və liderinin yolunu gedə bilməyib. Partiya on yerə parçalanıb. İntriqa və qaraguruhdan başqa heç nə ilə yadda qalmayan bu insanlar ömrünün axırına kimi mühacirətə Azərbaycan davası etmiş insanların ruhuna hörmətsizlik etməsinlər. Siyasi məğlubiyyətlərin mədhiyyələrlə ört basdır etməkdənsə Rəsulzadə kimi insanların mübarizə tarixlərini oxuyub öyrənsələr daha yaxşı olar. Cəmil Həsənli tarixçidi yaxşı bilir ki Rəsulzadə hara Kərimli hara”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə