“Kiminsə özünü Rəsulzadəyə oxşatması çox gülünc görünür” ÖZƏL-MÜNASİBƏT

Bizdə bu gün demokratiyadır, söz azadlığıdır, kim nə istəyirsə deyir, amma, Məmməd Əmin Rəsulzadə o zamanın tələbi idi və bu gün elə bir tələb yoxdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədri qeyd edib ki, bu gün sabit dövlətimiz var, bu sabit dövlətin başında Cənab İlham Əliyevdir, bütün mümkün işlərlə xalqa xidmət edir və məmurlara da tapşırıb ki, xalqın qulluöunda olsunlar.
“Adi bir misal çəkim ki, şəhərimizin bütün mərkəzi küçələri, ara küçələri, binalar, bloklar dərmanlanır, təmizlənir. Bax iş budur. Yəni, kiminsə nə isə deməyinin vaxtı deyil. Hal-hazırda düşmənimiz ermənidir və bir də dünyanı bürüyən koronavirusdur.

Umumiyyətlə, bu gün müxalifət düşərgəsinin, radikalların kimi isə kiməsə oxşatması, bənzətməsi barədə fikirləri söz azadlığından sui istifadədir. Ancaq, söhbət bu fikrin kimin qəbul etməsindən, kimin qəbul etməməsindən gedir. Bunu əksəriyyət qəbul etmir. Edən də varsa özü bilər. Mənim üçünsə bu qəbul olunmayandır. Bizim Prezidentimiz Cənab lham Əliyevdir və mən hər zaman ona uğurlar arzu edirəm. Prezidentimiz hər zaman xalqının qeydinə qalır və çalışır ki, insanların, vətəndaşlarımızın güzəranı yaxşılaşsın, dünyamız salamat olsun. Yenicə istifadəyə verilən xəstəxanalar, səhiyyə obyektləri, ümumiyyətlə, xəstəliyə qarşı görülən işlər göz qabağındadır. Kiminsə nə isə deməsinin zamanı deyil. Başqa problemlər var ki, bu da koronavirus adlı bəla və bizim Qarabağ problemidir. Ən böyük problemimiz bunlardır. Ona görə də kimsə nə isə deyirsə özü üçün deyir, öz fikrində qala bilər və mən də öz fikrimdə qalıram.

Kimsə özünü Məmməd Əmin Rəsulzadəyə oxşadırsa, özü haqqında rəy yaratmağa cəhd edirsə, bunun süni şəkildə olduğu bəlli olur. Heç kəs ona, onun fikirlərinə dəyər vermir, qiymətləndirmir və bu birmənalıdır ki, kənardan da çox gülünc görünür”, deyə Mehriban Abdullayeva bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə