“Time”dan Üsamə bin Laden üçün xüsusi buraxılış

“Time”dan Üsamə bin Laden üçün xüsusi buraxılış

ABŞ-ın "Time" jurnalı "Əl-Qaidə"nin öldürülülən lideri Üsamə bin Laden ilə bağlı xüsusi buraxılış hazırlayacaq. SİA-nın məlumatına görə, xüsusi buraxılışın 68 səhifə olması nəzərdə tutulub.

 

Jurnal daha əvvəllər 7 may 1945-də Adolf Hitler, 21 Aprel 2003-cü ildə Səddam Hüseyn və 19 iyun 2006-cı ildə Əbu Musab Əl-Zerkavi üçün də xüsusi buraxılış hazırlayıb. Mayın 5-də nəşr olunacaq jurnalı "iPad" istifadəçiləri də eyni gündə oxuya biləcəklər.

 

Bir həftə ərzində üç dəfə nəşr olunan "Time" bu gün də İngiltərə şahzadəsinin toyu üçün xüsusi buraxılış nəşr edib. "Time" jurnalından başqa bir xəbər jurnalı "Newsweek"in də Üsamə bin Laden üçün mayın 6-da xüsusi buraxılış nəşr edəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə