Özgə yalı ilə yallalanlar uluya-uluya qalacaqlar

Bu gün müxalifət deyəndə, satılan-satan dağıdıcı düşərgənin çaqqaları yada düşür. Bunu biz demirik, elə elmdə də belə adlanırlar, satqınlar. Baxın, görün Ömər Xəyyama görə satqınlıq nə deməkdir. Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar, bu da həyasızlığın göstəricisidir''. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu - 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda - onların simvoludur.

Son dövrdə məlum ölkələrdə baş verən səs-küylü hadisələrdən sonra insanı satqınlığa hansı vəziyyətin sövq etməsi psixologiya elmi tərəfindən geniş təhlil edilir. Necə ola bilər ki, ata-ananın, əcdadlarının yaşadığı, ən gözəl xatirələrinin ünvanı olan, ana adlandırdığın vətənə xəyanət edəsən? Əclaflıq adlanan oyun qaydalarını qəbul edəsən? Psixologiya elminə görə, xəyanət - elmi baxımdan daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir. Və bu gün bütün dünyanı ağuşuna alan koronavirus kimi bir epidemiyanın baş alıb getdiyi bir zamanda radikal düşərgədə bu virusdan da betər sağalmaz viruslar var ki, 27 ildən çoxdur ki, yaşayırlar, özü də sürünə-sürünə, üzlərinə tüpürülə-tüpürülə qrantlar alsınlar, deyə gedirlər bu yolu. Onlar hamısı – «Milli Şura deyilən satqınlar yuvasında eşələnirlər.

Yırtıcı üçlük...

Kimlərdir? Məgər müxalifətin dağıdıcı düşərgəsində yırtıcılar üçdür? Bu infeksiyalı düşərgədə sayı-hesabı yoxdu yırtıcıların. Ancaq "Milli Şura"nın yırtıcı ünsürləri Gültəkin Hacıbəyli, Cəmil Həsənli və Əli Kərimlidir ki, özlərini "müqəddəs üçlük" yox, yırtıcı üçlük elan etməlidirlər. Ancaq bu satqınlar hələ də anlamırlar ki, biri beşinə dəyməz, beşi birinə. Fərqində deyillər ki, "Milli Şura" çoxdan tarixin arxivinə gömülüb, təki qrant alsınlar.

Bu aksiomadır ki, erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. O zaman ermənilərin dostları ilə dostluq edən "Milli Şura"çılar kimdir? Nə araşdırmaq lazımdır, nə də fikirləşmək. Cavab bəllidir. Çünki Vətən daşına dönük çıxanlar bu satnınlar" kadrosunda" toplaşıb. Belə satqınlar nə qanır Vətən, millət nə qədər böyük bir milli dəyər, mənəviyyatdır. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Ancaq bu gün Orduxan Teymurxan, Emin Hüseynli, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Həbib Müntəzir, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Leyla Yunus və.. və quduzları susdurmaq heç də çətin deyil. Və özlərini "mühacir" kimi qələmə verərək, havadarlarının xüsusi sifarişini yerinə yetirən enməniqulbeçələridir. Amma bu bədbəxtlər hələ də bilmirlər ki, havadarları onlardan uzunqulaq kimi yaxşı istifadə olunurlar. Şərəfsizlik simvolu olan bu quduzlar hürə-hürə qalacaqlar.

Xəyanətin ağı-qarası olmaz

Və bir həqiqəti də anlamaq lazımdır ki, xalqa, dövlətçiliyə xəyanəti, erməniyə xidmət edənə cavab verməyib necə susasan? Şəxsi, qrup mənafeyi naminə milli və dövlət maraqlarını satmaq, xalqımıza, lövlətimizə qarşı dəfələrlə vandalizm, terror aktları, soyqırımlar törədən üzdəniraq millətin nümayəndələri ilə çiyin-çiyinə durmaq əsl rəzalət deyilmi? Ancaq bunu qana bilsələr. Çünki Azərbaycanın uğurlarını gözü götürməyənlər daim Ə.Kərimlidən və onun yaxın ətrafından istifadə edərək ölkədə təxribat yaratmağa can atıblar. Orduxan Teymurxan, Emin Hüseynli, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Həbib Müntəzir və bu kimi parazitlərin əməlləri iflasa uğrayacaq.

Və bu gün bu satqın parazitlər heç vaxt heç nəyə nail ola bilməyiblər və bundan sonra da heç bir şey əldə edə bilməyəcəklər. Çünki onlar hadisələrin məcrasında idarə olunan fiqurlardır. İdarə olunan isə əsla idarə edənin məramlarından və niyyətlərindən xəbərdar olmur. "5-ci kolon"u formalaşdırmağa nail olan həmin dairələrin bu günkü durumda bütün dünyanın həsəd apardığı Azərbaycan Prezidentini bu pandemiyaya qarşı mübarizədə uğurlu addımından bəşrələndiklərini dedikləri halda, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və …kimi viruslar böhtanlarını gerçək kimi qəbul etdirməyə çalışırlar. Və mənəviyyatsız , Azərbaycan xalqının bu düşmənləri Azərbaycanı ölkə və dünya ictimaiyyətinə "dəhşətli obraz"da" təqdim etmək üçün satın alınan Vətən xainləri Vidadi İsgəndərli, Orduxan Teymurxan, Tural Sadıqlı, xarakterinə uyğun psixologiyasını soyadı ilə doğruldan Həbib Müntəzir, Qurban Məmmədov, Qənimət Zahid kimi ünsürlər də hər zaman olub. Və bu kimi Vətən xainlərinin torpağına, elinə, obasına ermənidən betər qənim kəsilən namərdlərin əsl qazancı isə xalqın nifrətidir. Bax, bu marginallar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mərmər döşəmələri üstündə gəzib özgə yalı ilə yallanmaqla heç nəyə nail ola bilməyəcklər. Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə