Bu gün 544 nəfər virusa yoluxub 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...