“Yoluxmuş deputatların səsverməyə gətirilməsini əxlaqsız addım sayıram” Naira Zohrabyan

Əgər bu həqiqətdirsə, deməli çox utandırıcı və əxlaqsız bir addımdır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan bu gün jurnalistlərə verdiyi açıqlama zamanı deyib.

Naira Zohrabyan mediada yayılan məlumatlara istinad edərək bildirib ki, "Mənim addımım" partiyası koronavirus xəstəliyinə yoluxmuş iki deputatı parlamentə gəlməyə və iştirak etməyə məcbur edib.

“Mənə bu haqda heç bir məlumat verilməsə də, bilirəm ki, bütün deputatlar SOS, həyəcan rejimində səsverməyə gətirilməyə məruz qalıblar. Dəqiq məlumatım yoxdur, amma bizə bildirdilər ki, buna bənzər bir hadisə baş verib və onlar virus daşıyıcısı olan iki deputatın adını verıblər, hansı ki, maska və əlcək taxaraq səsverməyə gətiriliblər. Əgər bu həqiqətdirsə, mən bunu əxlaqsız addım hesab edirəm”, deyə Naira Zohrabyan bildirib.

Xatırladaq ki, Konstitusiyaya dəyişikliklərlə bağlı qanun birinci və ikinci oxunuşda hakim "Mənim addımım" blokundan olan deputatlar tərəfindən qəbul edilib. Müxalifət fraksiyaları səs verməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə