Qondarma qurum olan “Milli Şura” rəhbərliyinin apardığı siyasət onların özlərinin rüsvay olmaları ilə nəticələnməkdədir. Xüsusi ilə keçirdikləri vidio konfranslar və bu konfranslarda bir-birini ifşa edən çıxışlar eymələri “Milli Şura”nın artıq məhv olmaq mərhələsində olduğunu göstərir. Ötən gün “Milli Şura” rəhbərliyinin keçirdiyi onlayın konfransda növbəti biabırçılıqlar yaşanıb. Videokonfransında neftin qiymətinin 14 dollara düşməsini qurum təmsilçiləri bir-birini lağa qoymaqla nümayiş etdiriblər. Bu, onların öz antimilli simalarının daha bir nümunəsi sayıla bilər. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, heç şübhəsiz! Azərbaycanın son iyirmi ildə hərtərəfli inkişafı müqabilində müxalif düşüncədə, müxalifətçilik fəaliyyətində heç bir irəliləyişin olmaması təəccüb doğurur: “Müxaliflik demokratik cəmiyyətlərdə ümumi siyasi fəaliyyətin ayrılmaz tərkib hissəsidir və cəmiyyətin inkişafında əhəmiyyətli rola malikdir. Ancaq bizdə hakimiyyətə deyil dövlətə, ümumən cəmiyyətə müxaliflik mövcuddur ki, bu da bizi ciddi narahat etməlidir. Bizim bəzi müxalifət yetkililərimiz millətə, xalqa zərər vura bilən istənilən hala sevinirlər. Neftin qiymətinin ucuzlaşması neft ixrac edən bir ölkə olaraq Azərbaycana da iqtisadi zərbə vurur. Bu zərbənin son istinadı isə xalqdır, vətəndaşlardı. Xalqa, vətəndaşa zərər vuran istənilən hal siyasiləri narahat etməlidir. Acaq bunlar sevinirlər. Həm də sadəcə sevinmirlər, dünyada gedən proseslərlə birbaşa bağlı olan bu faktı da indiki hakimiyyətin “yanlış siyasəti” kimi qələmə verməyə çalışırlar ki, bu da, hesab edirəm ki, səbatsızlığın və savadsızığın ən bariz nümunəsidir”.
“Həmi videokonfransında Gültəkin Hacıbəyli Cəmil Həsənlinin iddialarını ciddi şəkildə ifşa edir. Bu sonrakı mərhələdə onların arasında qarşıdurmanın dərinləşməsinə gətirib çıxara bilərmi?” sualına cavab olaraq T.Novruzov bildirdi ki, onların arasında qarşıdurma həmişə olub: “Birləşmə adı ilə meydana çıxdıqları zamandan bu qarşıdurma var. İndi bu, sadəcə özünün pik həddinə yaxınlaşmaqdadır. İstənilən qurum, əgər hansısa amal, əqidə naminə yaranmayıbsa, yalnız maddiyyat xatirinə birləşmə fonu yaradılırsa, onun aqibəti biabırçılıqla hissələrə bölünməyə gətirib çıxarır. Bunları da birləşdirən(Əgər buna birləşmə demək olarsa), məhz xaricdəki ağalarından, Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrdən pul qoparmaq məqsədi ilə yaranıb. Dəfələrlə onların pul bölgüsü zamanı çarpışmalaranın şahidi olmuşuq. Xüsusən son seçkilərdəki biabırçı məğlubiyyətdən sonra xaricdən onlara pul buraxanlar da “dolya”nı azaldıblar və belə olan təqdirdə onların aralarında qarşıdurmanın getdikcə güclənəcəyi qaçılmazdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB