"Paşinyanın səsləndirdiyi fikirlərin hamısı cəfəngiyatdır" ÖZƏL - AÇIQLAMA
"Sovetlərə qarşı vuruşmuş Azərbaycan legionundan gedir, hansı ki, onlar Azərbaycanın müstəqilliyi üçün döyüşüblər və onlar Njdedən fərqli olaraq faşist ruhunda hər hansı bir etnik təmizləmələr aparmayılar". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibətdə deyib.
Onun sözlərinə görə, bu Paşinyan tərəfindən növbəti uydurmadır və o, birinci dəfə deyil ki, belə bir çıxış edir, bundan əvvəl Paşinyan Məmməd Əmin Rəsulzadə ilə bağlı fikirlər səsləndirmişdi: "Paşinyanın səsləndirdiyi fikirlərin hamısı cəfəngiyatdır. Rəsulzadə ilə Njdeni bir tərəziyə qoymaq olmaz. Bəli, Rəsulzadənin müəyyən dövrlərdə Hitler Almaniyası ilə müəyyən təmasları var idi, lakin, Rəsulzadə faşizmin ağır bədəlini başa düşərək onlarla əməkdaşlıqdan imtina etmişdir.
İkinci bir məsələ isə Sovetlərə qarşı vuruşmuş Azərbaycan legionundan gedir, hansı ki, onlar Azərbaycanın müstəqilliyi üçün döyüşüblər və onlar Njdedən fərqli olaraq faşist ruhunda hər hansı bir etnik təmizləmələr aparmayılar. Lakin, II Dünya Müharibəsində Njde genişmiqyaslı etnik təmizləmələr aparıb. Krımda, Balkan ölkələrində öz erməni legionu ilə yerli əhalini məhv edib. Bu məhz, onu Azərbaycan legionundan fərqləndirən ən əsas amillərdən biridir. Njde və Dro əsirlikdə olan erməniləri götürərək onlardan öz maraqlarına uyğun istifadə edirdilər. Əsas məqsədləri böyük Ermənistan qurmaq idi. Bu istiqamətdə onların məşhur faşist "tse-xakronizm" kimi məşhur ideyası və ideologiyaları da mövcuddur".
Ekspert, Nikol Paşinyanın son vaxtlar II Dünya müharibəsinə istinadən fikirlər səsləndirməsinə də aydınlıq gətirib:
"Çünki, II Dünya Müharibəsi ilə bağlı Azərbaycan Prezidentinin erməniləri ifşa etməsi, arxasınca Rusiya kütləvi informasiya vasitələrində Rusiya ekspertləri tərəfindən və millət vəkilləri tərəfindən Nikol Paşinyanın Njde ilə bağlı mövqeyinə görə və onun babasına görə tənqid etmələri təbii ki, onun cavab verməsini zəruri edirdi. Nikol Paşinyan bu cür cavab verməklə düşündü ki, vəziyyətdən çıxış yolu tapacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB