"Milli Şura" siyasi çəkisini itirib və istefa nə ilkdir, nə də son” ÖZƏL-MÜNASİBƏT
Bir müxalif qurum kimi "Milli Şura" öz duruşunu və siyasi çəkisini artıq itirib və bilirik ki, bu istefa nə ilkdir, nə də son olacaq. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyası sədrinin I müavini Əsli Kazımova deyib.
Onun sözlərinə görə, "Milli Şura" müxalifətçi elektoratın böyük ümidlər bəslədiyi bir qurum kimi artıq çoxdandır öz mənəviyyatlarına və əqidələrinə müxalif davranış nümayiş etdirir. "Hökümətlə dövləti hələ ayırd edə bilməyən bir müxalif qurum haqda ümumiyyətlə danışmağa dəyməz. "Milli Şura"da təmsil olunanlar mənim fikrimcə, bu günə qədər öz ətraflarına az-çox topladıqları müxalif elektoratı öz əməlləri ilə itiriblər. Eldəniz Quliyevin istefasına məhz bu baxımdan təəccüblənmək lazım deyil. Bir müxalif qurum kimi "Milli Şura" öz duruşunu və siyasi çəkisini artıq itirib. Bilirik ki, məlum bu istefa nə ilkdir, nə də son olacaq.
Ümumiyyətlə, radikal müxalifətin yanaşma tərzi və siyasi kursu başdan ayağa qədər səhvlər və yanlışlıqlar üzərində qurulub. "Milli Şura"nın tənəzzülə uğrama səbəbi ilk növbədə xalqa olunan böyük sayqısızlıq və onun nümayəndələrindən öz maraqlarına görə sui-istifadə etməkdən ibarətdir. Onlar həmçinin, gəncləri Azərbaycan Respublikasının qanunvericiliyini pozmağa sövq edərək, onların hüquq mühafizə orqanları tərəfindən saxlanması üçün əllərindən gələni edirlər. Saxlanan kimi isə əllərinə bayraq alıb, xaricdən qrant dilənirlər. Müharibə şəraitində yaşayan bir dövlətə həmin qrantı verənlər necə baxarlar? Budur, mənəviyyata xəyanət! Budur, xalqa olunan sayqısızlıq! Demokratiyadan danışan müxalifət əgər gəncləri qanunu pozmağa sövq edirsə, bu, demokratik davranışdırmı?
Bu düşüncə ilə fəaliyyət göstərən müxalifətin hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyinə təhdid, xalq üçün isə fəlakət deməkdir və ağlı başında olan hər kəs bunu yaxşı başa düşür. Müxalif qurumlar, müxalifət dünyanın hər yerində var. Baxıb öyrənmək də ayıb deyil. Amma, öyrənməyib, bilməyib, hökumətlə dövləti bir-birindən ayırd edə bilmədən "müxalifət" olmaq olmur.
Hökuməti təmsil edən simaları söyməklə, təqqir etməklə və ya kütləni öz maraqları naminə istifadə edərək, küçələrə tökməklə müxalif olduqlarını bunlar düşünürlər və bu, tamamilə absurd düşüncədir. Xaricdən qrant ala bilmək üçün "Milli Şura" tərəfindən qanunu pozmağa sövq edilən gənclərin sonrakı taleyi həmin müxalif düşərgədə heç kəsi narahat etmir və onlarla maraqlanan hər kəs bunu görür. Bu qurumun bir-iki gün səs-küy salması da sadəcə qrant Alana qədərdir", deyə Əsli Kazımova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB