Bakıda uşaq və yeniyetmələrin respublika elmi-texniki yaradıcılıq müsabiqəsinin final mərhələsi qaliblərinin əl işlərinin sərgisi keçirilib

Bakıda uşaq və yeniyetmələrin respublika elmi-texniki yaradıcılıq müsabiqəsinin final mərhələsi qaliblərinin əl işlərinin sərgisi keçirilib

Bu gün Bakıda uşaq və yeniyetmələrin respublika elmi-texniki yaradıcılıq müsabiqəsinin final mərhələsi qaliblərinin əl işlərinin sərgisi keçiirlib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, sərgidə ölkənin 9 zonasının şagirdləri öz işlərini nümayiş etdirib.

Onun sözlərinə görə, bu müsabiqənin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkil olunmasıdır. O vurğulayıb ki, builki müsabiqədə texniki yaradıcılığın 5 növü-aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnika üzrı 15 nominasiyada keçirilib. Müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyən nazir müavini burada 8 yaşdan 18 yaşadək yeniyetmələrin iştirak etdiyini deyib.

"Müsabiqənin zona mərhələsində respublikanın 65 rayonundan 300 nəfərə yaxın məktəbli iştirak edib.respublika mərhələsinə isə respublikanın 45 rayon və şəhərindən 185 məktbli qatılıb", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən Azərbaycan Ruspublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının (KHVTİC) sədri, general-mayor Novruzəli Orucov, Azərbaycna Texniki Universitetinin rektoru Havar Məmmədov və başqaları çıxışlarında belə tədbirərin keçiirlməsini yüksək qiymətləndiriblər. Azərbaycanın istedadlı gənclərlər zəngin olduğunu söyləyən qonaqlar onların texniki sahədə də gözəl əl işləri hazırladıqlarını bunun bariz nümunəsi olduğunu söyləyiblər.

Tədbirin sonunda münsiflər heyəti tərəfindən hər nominasiya üzrə I, II, III yerləri tutan qaliblər Təhsil Nazirliyi tərəfindən diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə