Azərbaycan bəllidir ki, uzunmüddətli sabitlik zolağındadır və artıq onillərdir Azərbaycanda siyasi sabitlik hökm sürür və bu da təsadüfi deyil, çünki Cənab Prezident İlham Əliyevin xalqa yönəlik siyasəti ona səbəb olub ki, Azərbaycan xalqı həqiqətən də normal bir hakimiyyətin, normal idarəetmənin olduğunu qət edib. Bu fikirləri SİA-ya müsahibəsində siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, təbii ki, söhbət burada dövlət başçısının şəxsi keyfiyyətlərindən gedir və ona görə də Azərbaycan xalqı hakimiyyətin ən zirvəsindəki Cənab Prezidentlə öz arasında hansısa bir problem görmür.
“Xalqla Prezident arasında hər hansı uçurum yoxdur və təbiidir ki, qarşılıqlı anlaşma, qarşılıqlı sayqı var, üstəlik də Cənab Prezident xalqa çox yaxın, bütün vəzifəlilərdən daha yaxın bir şəxsiyyətdir. Ona görə də insanlar ona öz ürəklərini aça bilir, yəni ürək qızdıra bilirlər. Belə bir şəraitdə siyasi münasibətlərin də yeni müstəviyə keçməsi təbiidir. Yəni, Azərbaycan hakimiyyəti, təbiidir ki, Cənab Prezident İlham Əliyev xalqın etimadını qazandığına görə, dəstək aldığına görə, onun hərhansı siyasi, xüsusən də müxalif partiyalardan, qüvvələrdən çəkinməsi üçün bir səbəb yoxdur. Çünki, qeyd etdiyimiz kimi xalqla Prezident arasında bağlar çox möhkəmdir. Belə bir şəraitdə siyasi müstəvidəki münasibətlərə də yenidən baxılması vacibdir. O baxımdan Prezident Adminstrasiyasında artıq siyasi müxalif partiyalarla görüşlərin keçirilməsi, müxtəlif danışıqların aparılması və belə görüşlərin davam etdirilməsi barədə səsləndirilən fikirlər ondan xəbər verir ki, Azərbaycan hakimiyyəti həqiqətən də ölkənin məhz bu istiqamətdə davam etməsində maraqlıdır. Əslində belə bir istiqamət həm də xalqın ürəyincədir. Bu həmçinin siyasi müxalifətin özünü ifadə edə bilməsi üçün əlavə imkanlar deməkdir.
Doğrudan da bizim ölkəmizdə siyasi mövqeyinə görə hərhansı yasaq qoyulmur. Bəzi qüvvər çıxıb guya belə bir şeylərin olduğunu iddia edirlər, amma sübut, fakt ortaya qoya bilmirlər. Ona görə də Azərbaycan hakimiyyətinin bu davranışı, bu cür istiqamətdə hərəkət etməsi mənə elə gəlir ki, bizə qarşı olanların, bədxahlarımızın birdəfəlik səsini kəsəcək. Yəni, Azərbaycan demokratik, plüralist bir ölkədir və bu ölkədə siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşa eyni münasibət bəslənilir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev şəxsən özü dəfələrlə bəyan edib və əməllərində də hər zaman göstərir ki, o siyasi mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlının prezidentidir, hər bir vətəndaş onun üçün eyni dərəcədə dəyərlidir. O baxımdan mən düşünürəm ki, indi baş verməkdə olan siyasi proseslər bu münasibətlərin daha da möhkəmlənməsinə əlavə töhfə verəcəkdir”, - deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB