"Hər bir erməni faşist təfəkkürünün daşıyıcısı olub və indi də elədir" AÇIQLAMA-ÖZƏL

"Hər bir erməni faşist təfəkkürünün daşıyıcısı olub və indi də elədir" AÇIQLAMA-ÖZƏL

“Ermənilərin faşistlərlə əlaqələri dünya tədqiqatçılarının ən çox araşdırdığı məsələlərdən biridir və bu barədə çoxlu kitablar, tədqiqat əsərləri yazılıb. Hətta ABŞ və Avropa ölkələrində də bu barədə xeyli mənbələrdən məlumat əldə etmək olar. Paşinyanın babasının faşistlərlə əməkdaşlığı təəccüblü deyil. Hər bir erməni faşist təfəkkürünün daşıyıcısı olub və indi də elədir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, faşizmin milliyyəti yoxdur və bu əqidəyə qulluq edən hər bir toplum faşistdir: “Bu baxımdan II dünya müharibəsi zamanı ermənilərin faşist legionlarında qulluq etməsi faktı xüsusilə indiki zamanda aktualdır, çünki faşist təfəkkürünün daşıyıcısı olan terrorçu ermənilər torpağımızı işğal ediblər və bununla fəxr edirlər. İndiki Ermənistan rəhbərliyi də demokratiya şüarı ilə hakimiyyətə gəlməsinə baxmayaraq, öz siyasətini həmin ideoloji xətt üzərində həyata keçirir. Ermənistanın istər sovet, istər kağız üzərində müstəqil olduğu 1991-ci ildən bəri hakimiyyətdə olmuş bütün qüvvələri bu ideologiyaya xidmət edir”.

Politoloq söyləyib ki, yalnız Paşinyan istisna təşkil etdiyini sübut etməyə çalışsa da, bu günlərdə məlum oldu ki, ən böyük faşist elə onun öz əcdadlarıdır və o da bu yolu davam etdirir: “Heç Hitler və Yeva Braun cəsarət edib almanların işğal etdiyi ərazilərə gedib Paşinyanın bugünkü Şuşada etdiyi həyasızlığı etmirdi, nəinki Paşinyan və onun sülhdən dəm vurub sonra da hərbi paltar geyinib yallı gedən arvadı Anna Akopyan”.

N. Məmmdəova qeyd edib ki, öz xalqının gözünə kül üfürmək üçün Paşinyan və arvadı Şuşada yallı getmək, hərbi paltarla işğal olunmuş bölgəmizə gəlmək kimi ucuz piarla öz reytinqini qaldırmağa çalışır: “İndi məlum oldu ki, Köçəryan və Sarkisyan müasir erməni faşizminin icraçılarıdırsa, Paşinyan da bu nəsildən gələn ənənədir və o, bunu davam etdirir. Njdeyə abidə qoyan ölkənin faşist nəslinin davamçısı Paşinyan kimi baş nazirinin olması elə Ermənistana yaraşan məsələdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə